Formula 1 Azərbaycan Qran-prİsİnİn tarİxİ açıqlandı

2019-cu ildə Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisinin tarixi açıqlanıb. Beynəlxalq Avtomobil Federasiyası – FİA-nın Dünya Avtomobil İdmanı Şurasının ötən gün keçirdiyi iclasında gələn ilin yekun təqvimi təsdiq olunub. Təqvimə əsasən, paytaxt Bakıda növbəti “Formula 1” yarışı 26-28 aprel tarixlərində təşkil olunacaq. Bu, Dünya Çempionatının sayca 4-cü mərhələsidir.

Ümumilikdə isə Azərbaycan Formula 1 yarışına artıq 3 ildir ki, ev sahibliyi edir. Xatırladaq ki, 2016-cı ildə Mercedes-in almaniyalı pilotu Niko Rosberq, 2017-ci ildə Red Bull-un avstraliyalı sürücüsü Daniel Rikkardo, bu il isə son dünya çempionu və növbəti dəfə də çempionluğunu de – fakto təmin etmiş Lyuis Hamilton fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatına görə, “Formula-1" trassında inşaat işlərinə noyabrın sonları, dekabrın əvvəllərində başlanılacaq.

Qeyd edək ki, 2019-cu ilin Forumla 1 mövsümü martin 17-də Avstraliyada start götürməklə dekabrın 1-də Abu-Dabidə yekunlaşacaq. Mövsüm ümumilikdə 21 mərhələdən ibarətdir.

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər