FIA-NIN BAŞ ASSAMBLEYASINDA 2016-CI İL "FORMULA 1"İN TƏQVİMİ TƏSDİQLƏNİB


Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Parisdə keçirilən Baş Assambleyasının illik iclasında avtomobil idmanı sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Həmçinin 2016-cı il "Formula 1" yarışlarının təqvimi və gələn il Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-Prisinin yekun tarixi təsdiq olunub.

 

Qeyd edək ki,  iclas çərçivəsində  Azərbaycan Avtomobil Federasiyası tərəfindən Bakıdakı "Formula 1" yarışları ilə bağlı bir sıra ikitərəfli görüşlər keçirilib.

 

Xatırladaq ki, 30 noyabr-4 dekabr tarixlərində Parisdə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assamleyasının illik iclası keçirilir. İslasda Azərbaycan Avtomobil Federasiyasının nümayəndə heyəti iştirak edir.