Fettel Belçİkada bİrİncİ oldu

Belçikada Formula 1 üzrə Dünya Çempionatının 13-cü mərhələsi keçirilib. Bu mərhələdə azarkeşlər “Ferrari” təmsilçisi Sebastyan Fettelin inamlı çıxışının şahidi olublar. Almaniyalı pilot finalda ən yaxın rəqibi Lyuis Hamiltonu 11.061 saniyə geridə qoymaqla mövsümdə 5-ci qələbəsinə imza atıb. Üçüncü yerin sahibi isə “Red Bull Racing”dən Maks Verstappen olub.

13 mərhələdən sonra ümumi nəticəyə 231 xalla Lyuis Hamilton başçılıq edir. S. Fettel 214 xalla ikincidir. İlk üçlüyü 146 xalla Kimi Raykkonen qapayır.

Konstruktorların sıralanmasında isə “Mercedes AMG Petronas Motorsport” 375 xalla birinci, “Scuderia Ferrari” 360 xalla ikinci, “Aston Martin Red Bull Racing” 238 xalla üçüncü pillədə qərarlaşır.

Sentyabrın 2-də pilotlar 14 – cü mərhələ çərçivəsində İtaliyada mübarizə aparacaqlar.        

2018 Belçika Qran-prisi 
1 Sebastyan Fettel Ferrari
2 Lyuis Hamilton Mercedes 11.061
3 Maks Verstappen Red Bull Racing 31.372
4 Valtteri Bottas Mercedes 1:03.605
5 Serxio Perez Force India 1:11.023
6 Esteban Okon Force India 1:19.520
7 Romayn Qrojan Haas 1:25.953
8 Kevin Maqnussen Haas 1:27.639
9 Pyer Qasli Toro Rosso 1:45.892
10 Markus Eriksson Sauber 1 dövrə
11 Karlos Saynz Jr. Renault 1 dövrə
12 Serqey Sirotkin Williams 1 dövrə
13 Lans Stroll Williams 1 dövrə
14 Brendon Hartli Toro Rosso 1 dövrə
15 Stoffel Vandorn McLaren 1 dövrə
16 Daniel Rikkardo Red Bull Racing
17 Kimi Raykkonen Ferrari
18 Çarlz Leklerk Sauber
19 Fernando Alonso McLaren
20 Niko Hulkenberq Renault


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər