DÜNYANIN ƏN UZUN MƏSAFƏ QƏT ETMİŞ AVTOMOBİLİ

Dünyanın ən uzun məsafə qət etmiş avtomobili amerikalı sürücü İrv Qordona məxsus Volvo P1800 maşınıdır. 1966-cı ildən həmin nəqliyyat vasitəsinə sahib olan İ. Qordon öz “dəmir at”ı ilə nə az – nə çox, 2.8 milyon mil, başqa sözlə, 4.5 milyon km.dən çox məsafə qət edib. Bu nəticə ilə o, adını Ginnesin rekordlar kitabına yazdırıb. Lakin əldə olunan nəticə ilə kifayətlənmədiyini deyən amerikalı sürücü əsas hədəfinin 3 milyon mil və ya 4.8 milyon km. olduğunu deyib.

Məlumat üçün deyək ki, P1800 modeli ilk dəfə 1960-cı ildə Brüssel avtosalonunda ictimaiyyətə təqdim olunub. Bir il sonra isə həmin model satışa çıxarılıb. İ. Qordona gəlincə, əvvəllər məktəb müəllimi kimi fəaliyyət göstərən sürücü P1800 modelini görüncə ona vurulduğunu və maşının sükanı arxasında keçirdiyi ilk 48 saat ərzində təxminən 2 min km. məsafə qət etdiyini deyib. Daha sonra gün ərzində ən azı 200 km. yol gedən peşəkar sürücü on ildən sonra bu nəticəni 804.672 km.ə çatdırıb: “Əsas məqsədim bu nəticəni 3 mln. milə çatdırmaqdır. Əminəm ki, avtomobil bu nəticənin öhdəsindən gələcək. Amma özümə güvənim azdır. Hər halda, yaş öz sözünü deyir. Lakin buna çalışacam. Qarşıya qoyulan hədəfə nail olmaqla həm avtomobilimin, həm də mənim yaşımda olan insanların bacarığını, əsil gücünü nümayiş etdirmək istəyirəm” deyə İ. Qordon bildirib. 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər