De-fakto çempİon

Ralli üzrə Avropa Çempionatı artıq başa çatmaq üzrədir. Polşada təşkil olunan 7-ci mərhələdə qələbəni rusiyalı Nikolay Qryazin bayram edib. Latviyanın SRT komandasının şərəfini qoruyan pilot birincilik uğrunda mübarizədə ən yaxın rəqibləri, finlandiyalı Yari Hattunen və britaniyalı Kris İnqremi geridə qoyub.

Avropa Ralli Çempionatının başa çatmasına artıq bir mərhələ qalıb. Son mərhələdə pilotlar 12-14 oktyabr tarixlərində N. Qryazinin komandası üçün doğma evdə - Latviyada mübazirə aparacaqlar. Lakin artıq çempionun kim olacağı de-fakto məlumdur. Belə ki, ümumi nəticədə 150 xalla liderliyini davam etdirən rusiyalı Aleksey Lukyanuk rəqibləri üçün əlçatmazdır. İkinci pillədə qərarlaşan Bruno Meqalyaeş liderdən 35 xal geri qalır. Üstəlik, portuqaliyalı pilot maliyyə çətinliyi səbəbindən turniri tərk etmək məcburiyyətində qalıb. İlk üçlüyü isə 90 xalla N. Qryazin qapayır.

Yarışdan sonra A. Lukyanuk bunlar deyib: “Polşa rallisindən əvvəl də mövsümün çempionu olacağımız bilinirdi. Lakin gərgin mübarizənin tərkib hissəsi olmaq hər zaman xoşdur. Ümumiyyətlə, mövsüm bizim üçün mükəmməl keçdi və biz hər il özümüzü daha inamlı hiss edir, daha zəngin təcrübə toplayırıq. İl ərzində bizi azarkeşlər də dəstəklədi, qələbəyə ruhlandırdı. Odur ki, hər kəsə təşəkkür etmək istəyirəm”.

Əlavə edək ki, bu, A. Lukyanukun karyerasında ilk Avropa çempionluğudur.



VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər