Çətİn qələbə

Yan Kopeski vətəni Çex Respublikasında təşkil edilən Ralli üzrə Avropa Çempionatının 6-cı mərhələ yarışında – “Ralli Barum”da birinci yeri tutdu. Lakin 36 yaşlı pilota doğma azarkeşlər önündə qələbə heç də asan başa gəlmədi. 212.73 km. uzunluqda olan marşrutda Y. Kopeski ən yaxın rəqibi Aleksey Lukyanukla birincilik uğrunda sözün əsil mənasında sonadək gərgin mübarizə apardı. Nəticədə, təyin olunan məsafəni 2 saat, 07 dəqiqə 47.2 saniyəyə qət edən çexiyalı pilot rusiyalı rəqibini cəmi 7.5 saniyə geridə qoymağı bacardı. Dani Sordo isə qalibdən 46.1 saniyə geri qalmaqla üçüncü yeri tutdu.

6-cı mərhələdə ikinci yeri tutmasına baxmayaraq A. Lukyanuk ümumi sıralamada hələ də liderliyini davam etdirir – 149 xal.

Ralli üzrə Avropa Çempionatının növbəti mərhələsi 21-23 sentyabr tarixlərində Polşada keçiriləcək. 

Ralli üzrə Avropa Çempionatı. 6-cı mərhələ, 212.73 km.

1 Yan Kopeski(ÇEX)/Pavel Dresler(ÇEX) ŠKODA Fabia 2 s.07 d.47.2 s.
2 Aleksey Lukyanuk(RUS)/Aleksey Arnautov(RUS) Ford Fiesta +7.5 s.
3 Dani Sordo (İSP)/Karlos del Barrio (İSP) Hyundai i20 +46.1s
4 Miroslav Jakeş(ÇEX)/Petr Maçu(ÇEX) ŠKODA Fabia +53.9s
5 Nikolay Qryazin(LVA)/Yaroslav Fedorov(RUS) ŠKODA Fabia +1d.13.2s.
6 Fabian Kreym(ALM)/Frank Kristian(ALM) ŠKODA Fabia R5 +1d.58.2s
7 Jaromír Tarabus (ÇEX)/Daniel Trunkat(ÇEX) ŠKODA Fabia R5 +2d.14.0s
8 Kris İngram(B.B.)/Ross Vittok (B.B.)ŠKODA Fabia +2d.27.8s
9 Bruno Maqalhes(PRT)/Huqo Maqalhes(PRT) ŠKODA Fabia 5d.25.8s
10 Lauren Pelli(FRA)/Qeffri Komb(FRA) PEUGEOT 208 +7d.03.1s


 

PİLOTLARIN SIRALANMASI

 

 

1

Aleksey LUKYANUK

RUS

   

149 xal

2

Bruno MAQALHES

PRT

   

113 xal

3

Norbert HERZİX

MAC

   

62 xal

4

Fabian KREYM

ALM

   

55 xal

5

Simos QALATARİOTİS

KPR

   

50 xal

6

Nikolay QRYAZIN

LAT

   

49 xal

 

 


 

KOMANDALARIN SIRALANMASI

1

ADAC Opel Rallye Junior Team

ALM

   

141 xal

2

Saintéloc Junior Team

FRA

   

118 xal

3

Russian Performance Motorosport

RUS

   

104 xal

4

Toksport WRT

TÜR

   

80 xal

5

Mol Racing Team

MAC

   

67 xal

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər