Çempİonluğa doğru daha bİr addım

Formula 1 üzrə dünya çempionatının 2018-ci il mövsümü artıq başa çatmaq üzrədir. 5 mərhələdən sonra çempion rəsmən elan olunacaq. Hələliksə bu titula ən yaxın pilot Lyuis Hamiltondur. Britaniyalı idmançı Rusiyada təşkil olunan 16-cı mərhələdə də bütün rəqiblərindən üstün olmağı bacarıb və mövsümdə 8-ci qələbəsinə imza atmaqla aktivinə 25 xal yazıb. Hazırda son dünya çempionu ümumi nəticədə 306 xalla liderliyini davam etdirir. Ümumiyyətlə, Rusiya mərhələsini Mercedes təmsilçiləri üçün uğurlu hesab etmək olar. Belə ki, alman komandasının daha bir nümayəndəsi Valtteri Bottas da inamlı çıxışla yadda qalıb və pilot fəxri kürsünün ikinci pilləsinə qalxmaqla şəxsi nəticəsini bir qədər yaxşılaşdırıb. Hazırda o, 189 xalla üçüncüdür və ümumi siyahıda ikinci yerin sahibi, eyni zamanda Soçidə üçüncü olan Sebastyan Fetteldən 67 xal geri qalır.

Mübarizə davam edir. Növbəti mərhələ oktyabrın 7-də Yaponiyada təşkil olunacaq.

       

2018 Formula 1 Rusiya Qran-prisi.

1 Lyuis Hamilton Mercedes
2 Valtteri Bottas Mercedes 2.545
3 Sebastyan Fettel Ferrari 7.487
4 Kimi Raykkonen Ferrari 16.543
5 Maks Verstappen Red Bull Racing 31.016
6 Daniel Rikkardo Red Bull Racing 1:20.451
7 Çarlz Leklerk Sauber 1:38.390
8 Kevin Maqnussen Haas 1 dövrə
9 Esteban Okon Racing Point Force India 1 dövrə
10 Serxio Perez Racing Point Force India 1 dövrə
11 Romayn Qrojan Haas 1 dövrə
12 Niko Hulkenberq Renault 1 dövrə
13 Markus Eriksson Sauber 1 dövrə
14 Fernando Alonso McLaren 1 dövrə
15 Lens Stroll Williams 1 dövrə
16 Stoffel Vandorne McLaren 2 dövrə
17 Karlos Saynz Renault 2 dövrə
18 Sergey Sirotkin Williams 2 dövrə
    Pyer Qasli Toro Rosso 49 dövrə
    Brendon Hartli Toro Rosso 49 dövrə



VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər