“Force İndİa”nın yenİ bolİdİ - VJM11

Bu gün Barselonada Formula 1 komandalarının mövsüm öncəsi test yürüşlərinə start verilib. Lakin yürüşlərdən öncə “Force India” kollektivi yeni bolidini ictimaiyyətə təqdim etdi. Bu, VJM11 modelidir.

Təqdimat mərasimində “Force India”nın yeni adının da ictimaiyyətə açıqlanacağı gözlənilirdi, lakin bu, baş vermədi və rəsmilər hələ ki, köhnə ad altında mübarizə aparmağı münasib hesab etdilər.

Yeri gəlmişkən, 2018-ci ildə kollektivin uğurları üçün ötən mövsüm olduğu kimi bu dəfə də Serxio Peres və Esteban Okon çalışacaq. Ehtiyat pilot isə Nikolya Latifidir.

Yeni bolidə gəlincə, çəhrayı rəngli və ağ zolaqlı avtomobilin texniki imkanları yüksək qiymətləndirilir və komanda VJM11 modeli ilə 2018-ci ildə ən azı ötən mövsüm konstruktorlar kubokunda qazandığı 4-cü yeri qorumağa çalışacaq.    


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər