Bəhreyndəkİ testlərİn ilk günündə

Bəhreyndəki testlərin ilk günündə  aprelin 2-də Mik Şumaxer birinci dəfə Ferrari SF90-nın sükanı arxasına əyləşəcək. Ferrari sürücülük akademiyasının dinləyicisi bu il Formula 2-də Prema komandasının şərəfini qoruyur. Bundan başqa o, Alfa Romeonun tərkibində testlərdə iştirak edir.

Testlərin 2-ci günündə Ferraridə onu Sebastyan Fettel əvəz edəcək.

Komandanın rəhbəri Mattia Binotto:”Biz Ferrarinin sürücülük akademiyasının dəyərini çox yaxşı bilirik. Bu akademiya yüksək səviyyədə çalışaraq gənc istedadlı pilotların inkişaf etməsinə yardım göstərir. Şarl Leklerlə müqavilə imzalamağımız bunu bir daha sübut edir. Bütün bunların davamı olaraq biz Mik və Kalluma şans verməyimizdən də qürur duyuruq.

Mik yanvar ayından Ferrarinin sürücülük akademiyasının tərkibindədir. Kallum isə 2017-ci ildən bizimlə çalışır. Hər iki pilotun karyerası yüksələn templə inkişaf edir. Fikrimcə, onların Bəhreyndə və Barselonada SF90-nın sükanı arxasında Formula 1-in rəsmi testlərində iştirakı təcrübə qazanmaq baxımından əvəzsiz olacaq”.


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər