AZƏRBAYCANDA AVTOMOBİL TURİZMİ

90-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması və yaşanan siyasi proseslər digər sahələrdə olduğu kimi avtoturizmə də ciddi təsir göstərdi. Yenicə müstəqillik qazanmış Azərbaycanda bu sahəni təzədən qurmaq və ittifaq dönəmində mövcud olan tarixi ənənəni dirçəltmək tələb olunurdu. Odur ki, öncə, postsovet ölkələrində bütün göstəricilərinə görə köhnə, mükəmməl olmayan avtomobil modellərindən istifadə edildi. Lakin son 20 ildə Azərbaycanda aparılan iqtisadi islahatlar turizmin, o cümlədən avtoturizmin sürətli inkişafına zəmin yaratdı. Ölkə ərazisində köhnə avtonəqliyyat vasitələri tezliklə bütün dünyadan idxal edilən ən son model avtomobillərlə əzəv olundu. Müasir standartlara cavab verən avtomobil yollarının salınması isə avtoturizmə ciddi təkan verdi.

Avtoturizmin inkişafında vacib şərtlərdən biri də əhalinin maddi rifah halının yüksəlməsi və turizmə, səyahətə meyilli olmasıdır. Bu baxımdan, Azərbaycan da turizm sahəsində tələb və təklifin uyğunlaşdığı ölkələr sırasındadır. Vətəndaşlarımız, həmçinin əcnəbi turistlər əsrarəngiz təbiətə malik ölkəmizin müxtəlif regionlarına səyahət edir, istirahətlərini maraqlı şəkildə qura bilirlər.