AZƏRBAYCAN TƏMSİLÇİSİ FORMULA 3 TESTLƏRİNDƏ İŞTİRAK EDƏCƏK

Azərbaycan avtomobil yarışçısı Gülhüseyn Abdullayev Formula 3 (F3) testlərinə dəvət alıb. Testlər sentyabrın 28-29-da İspaniyada keçmiş F1 pilotu Adrian Kamposun rəhbərlik etdiyi “Campos Racing” komandasında olacaq.

Gülhüseyn Abdullayev testdə Azərbaycan Avtomobil Federasiyası, Gənclər və İdman Nazirliyi və “Baku Grand Prix” şirkətinin dəstəyi ilə iştirak edəcək. O, sentyabrın 28-də Valensiyada simulyatorda məşq edəcək, sentyabrın 29-da isə Albasetе şəhərində F3 testlərindən keçəcək.

Qeyd edək ki, Adrian Kampos 15 ildən artıqdır ki, F1 pilotları hazirlayir. O, Fernando Alonso, Mark Jene, Antonio Qarsia, Lukas di Qrassi, Vitali Petrov, German Sançez, Nikola Prost, Serxio Peres, Aleks Palou kimi pilotlar yetişdirib. “Campos Racing” Avropa F3 yarışlarında ən çox qələbə əldə edən komandalardan biridir. Onun Valensiya və Barselona şəhərlərində 60-dan çox peşəkarın çalışdığı iki bazası var.