Azərbaycan Qran – prİsİ sorğuda bİrİncİ yerİ tutdu

Formula 1 üzrə Dünya Çempionatının 2017-ci il mövsümündə ən maraqlı və ən yaddaqalan mərhələlər müəyyən edilib. Aparılan rəy sorğularında səs çoxluğu ilə birinci yeri Azərbaycan Qran – prisi tutub. Səsvermədə iştirak edən dünyanın ən nüfuzlu informasiya vasitələri, azarkeşlər və Formula 1 mütəxəssisləri Bakı mərhələsini bir neçə aspektdən yüksək qiymətləndiriblər. Azərbaycan Qran-prisi ilk növbədə ötmələrin sayına görə digər yarışları geridə qoyub. Xatırladaq ki, Bakı halqasında ümumilikdə 42 ötmə qeydə alınmışdı. Hətta “Red Bull” komandasının pilotu Daniel Rikkardo 24-cü dövrədə bir dəfəyə üç bolidi ötməyi bacarmış və mövsümdə birinci, həm də yeganə qələbəsinə imza atmışdı. Yeri gəlmişkən, avtsraliyalı idmançı bu ayın əvvəlində Bakıya səfəri zamanı da bildirmişdi ki, Formula 1 yarışları arasında ən fərqli yol məhz Bakı trekidir.

 

Rəyi soruşulanlar həm də Azərbaycan Qran-prisində yaşanan qəzaların da yaddaqalan olduğunu bildiriblər. Daha çox xatırlanan toqquşma isə Luis Hamilton ilə Sebastian Fettel arasında baş verən qəza idi. Bir sözlə, mövsüm ərzində 20 mərhələ yarışından ən çox yadda qalanı məhz Azərbaycan Qran-prisidir.

 

Artıq Formula 1 mövsümü başa çatıb. Növbəti, 2018-ci il mövsümündə isə pilotlar 27-29 aprel tarixlərində yenidən Bakı trekində mübarizə aparacaqlar. 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər