AZƏRBAYCAN AVTOMOBİL FEDERASİYASI VƏ BAKI ŞƏHƏR HALQASI SƏNİ AZƏRBAYCANDA İLK DƏFƏ KEÇİRİLƏCƏK FORMULA 1 AVROPA QRAN PRİSİNDƏ MARŞAL OLARAQ İŞTİRAK ETMƏYƏ DƏVƏT EDİR!

Marşallar kimdir?

Marşallar avtomobil yarışlarının reallaşması prosesində rol oynayan əsas qüvvələrdir! Paddok və qarajlardan tutmuş trekə qədər, hər yerdə, Marşallar yarışın rahat və kəsintisiz keçməsinə vasitəçilik edir.

 

F1 aləmində Marşallara həmçinin “Yarış Rəsmiləri” də deyilir. Onların işi F1 pilotlarının təhlükəsizliyinin təminatı və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.

 

Marşalların əsas vəzifə və öhdəlikləri aşağıdakılardır:

 

• Təftiş Yoxlanış Marşalları – Gündəlik olaraq avtomobillərin təhlükəsizlik və yarışa uyğunluğunun yoxlanılması və qəzaya uğramış maşınlara FIA Texniki nümayəndəsinin təlimatçılığı rəhbərliyində nəzarət

• Bayraq Marşalları – Sürücüləri baş verə biləcək hər hansı bir təhlükə barədə xəbərdar etmək.

• Rəqəmsal Bayraq Marşalları – Trek üzrə yerləşməklə ənənəvi bayraq siqnallarını rəqəmsal monitorlar vasitəsilə sürücülərə çatdırmaq.

• Kommunikasiya Marşalları (Müşahidəçilər) – Halqa üzərində baş verən bütün halları müşahidə edir və radio vasitəsilə yarışa nəzarət edən mərkəzə göndərir

• Trek Marşalları – Sürücülərin xilas olunması, yolun süpürülməsi və artıq əşyalardan təmizlənməsi, yanğın söndürən və xilasedici Marşallara yardım göstərilməsi, Yolun Bərpası komandasına yardım göstərilməsi.

• Pit Marşalları – Pitin sxeminə cavabdehlik daşıyırlar

• Qrid (və ya Başlama Xətti) Marşalları - avtomobillərin Qrid üzrə düzülüşünə cavabdehlik daşıyır

• Xilasetmə Marşalları – qəza hallarında maşınların evakuasiyası və paddoka daşınmasına cavabdehlik daşıyır.

Marşal olmaq üçün nə lazımdır?

Həqiqi F1 azarkeşi olan və Bakı Şəhər Halqası treki çərçivəsində baş tutacaq əməliyyatlara cəlb olunmaq istəyən hər kəs Marşal ola bilər. Üzv olmaq üçün hər hansı bir xüsusi bilik və ya bacarığa malik olmanız şərt deyil, sağlam düşüncə tərzi və lazımi anda öz təhlükəsizliyinizi təmin edə bilmək Marşal olmağınız üçün ən əsas şərtlərdir. Bundan əlavə Marşal olmaq üçün aşağıdakı ilkin tələblərə cavab verməyiniz gözlənilir:

 

• İngilis dilini bilməli

• Sağlam vücuda malik olmalı

• Minimum 21 yaşında olmalı

• Uzun iş saatlarında və ağır iş şəraiti altında işləməyi bacarmalı (məsələn, xüsusi təhlükəsizlik geyimləri geyinməli, 35+ dərəcə günəş istisinə dözümü olmalı və s.)

 

Marşallara əmək haqqı ödənilirmi?

 

Xeyr. Marşallıq hobbidir. Bütün Marşallar avtomobil idmanının bir hissəsi olmaqdan zövq alan könüllülərdir.

 

Marşal olmağın başlıca üstünlükləri:

 

• Bizimlə birlikdə tarix yazmaq

• Beynəlmiləl bir ailənin bir hissəsi olmaq

• Yarışa hər kəsdən yaxın olmaq imkanı

• Azərbaycan Avtomobil Federasiyasından (AAF) Beynəlxalq Avtomobil Federasiyası (FIA) standartına uyğun olan, ölkə xaricində də avtomobil idmanı yarışlarında iştirak etmə imkanı verən Marşal lisenziyası almaq

• İdmana bağlı olan, zəhmətsevər və maraqlı insanlarla tanış olmaq imkanı

 

Elə indi marshals@faa.az e-mail ünvanına öz CV-ni göndər və Bakı Marşallar Klubunun üzvü olmaq şansını əldə et!

 

Marşallar haqqıda gündəlik yenilənən məlumatlar üçün aşağıdakı Facebook səhifəsinə daxil ola bilərsiniz www.facebook.com/BakuMarshals