AVTOMOBİL ŞÜŞƏSİNİN TARİXİ

Avtomobil şüşəsinin tarixi

Avtomobil qəzaları hər il təxminən milyonlarla insanın həyatına son qoyur. Yol nəqliyyat hadisələrində ciddi xəsarət alanların sayı isə daha çoxdur. Lakin bu rəqəmlər bir qədər də artıq ola bilərdi, əgər nəqliyyat vasitələri xüsusi şüşələrlə təchiz olunmasaydı. Məlumdur ki, avtomobilin şüşələri adi şüşələrdən əsaslı şəkildə fərqlənir. Belə ki, adi şüşə kiçik zərbə zamanı bir neçə xırda hissəyə bölünürsə, avtomobillər üçün hazırlanmış şüşələr güclü zərbədən belə yararsız hala düşsə də ayrı-ayrı hissələrə ayrılmır. Çünki şüşənin daxilində yerləşdirilmiş plastik  təbəqə zərbə zamanı bölünmənin qarşısını alır. Bu cür şüşələrin yaranma tarixi isə fransalı kimyaçı alim Eduard Benediktusun adı ilə bağlıdır.

 

Tarix...

            1903-cü ildə fransız kimyaçı Eduard Benediktus sınaq şüşəsini laboratoriyada yerə saldı. Sınaq şüşəsi sınsa da çiliklənmədi. Həmin dövr üçün kifayət qədər qəribə görünən bu hadisəyə səbəb şüşənin içərisində olan kolloid mayenin buxarlandıqdan sonra buraxdığı incə plastik təbəqə idi. Lakin alim baş verənlərə ciddi yanaşmadı və digər sahə üzrə apardığı araşdırmaları davam etdirdi.

Bununla belə, həmin hadisədən bir müddət sonra qəzaya düşən bir avtomobildə xanım sərnişinin qırılan şüşələrdən ağır yaralandığını eşidən E. Benediktus əvvəlki təcrübəsini yada saldı. Alim iki şüşə təbəqəsi arasında sellüloz nitrat yerləşdirərək üç qat şüşə əmələ gətirdi. Bu kəşf 1920-ci ildən geniş istifadə olunmağa başlanıldı və həmin dövrdən etibarən avtomobillərin daha çox ön pəncərələrinə bu cür şüşələr quraşdılırdı.     

VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər