2018-cİ İlİn Formula 1 mövsümünə start verİldİ

Formula 1 üzrə Dünya Çempionatının 2018-ci il mövsümündə ilk mərhələsi Avstraliyada təşkil olunub. Ölkənin idman və mədəniyyət paytaxtı sayılan Melburnda marşrutu 1 saat 29 dəqiqə, 33.283 saniyə nəticə ilə birinci yerdə başa vuran “Ferrari” təmsilçisi Sebastyan Fettel aktivinə qələbə xalını yazıb. Məlumat üçün deyək ki, bu, Fettelin karyerasında 48-ci, Avstraliyada isə üçüncü qələbəsidir.

Digər nəticələrə gəlincə, son dünya çempionu, “Mercedes” komandasının pilotu Lyuis Hamilton qalibdən 5.036 saniyə gec nəticə ilə ikinci yeri tutub. İlk üçlükdə isə “Ferrari”nin daha bir üzvü Kimi Raykkonen qərarlaşıb.

Dünya Çempionatının ikinci mərhələsi aprelin 8-də Bəhreyndə keçiriləcək.

 

2018 Avstraliya Qran-prisinin nəticəsi

1 Sebastyan Fettel Ferrari 1s. 29:33.283
2 Luis Hamilton Mercedes 5.036
3 Kimi Raykkonen Ferrari 6.309
4 Daniel Rikkardo Red Bull 7.069
5 Fernando Alonzo McLaren 27.886
6 Maks Ferstappen Red Bull 28.945
7 Niko Hulkenberq Renault 32.671
8 Valtteri Bottas Mercedes 34.339
9 Stoffel Vandoorn McLaren 34.921
10 Karlos Saynz Jr. Renault 45.722
11 Serxio Perez Force India 46.817
12 Esteban Okon Force India 1'00.278
13 Çarlz Leklerk Sauber 1'15.759
14 Lans Stroll Uilliams 1'18.288