Kartİnq üzrə azərbaycanlı təmsİlçİmİz Cəmİl Həsənlİ Rocers

Cəmil Həsənli Rocers Belçikada əfsanəvi “Karting des Fagnes” mərhələsində BNL çempionatında iştirak edən ilk Azərbaycanlı sürücüdür. Azərbaycan Avtomobil Federasiyasının lisenziyasını aldıqdan sonra Cəmil BNL çempionatının 2-ci turunda mübarizə apardı. Bu yarışda 50-dən çox qeydiyyatdan keçmiş gənc pilotlar ilə Avropanın ən istedadlı sürücülərindən bəziləri də iştirak edirdi. Cəmil Həsənli Rocers bu yarışda iştirak edən ilk Azərbaycanlı gənc pilotdur.

2019-cu ildə keçirilən SuperOne Kartinq yarışları Ingiltərənin Silverstone yarış halqasında baş tutub. Yarış, 30 noyabr-1 dekabr 2019 tarixlərində keçirilib. Cəmil Həsənli Rogers burada ilk Kartmania çempionatını üçüncü yerdə uğurla başa vurub. Rəsmi kubok 2019-cu ilin noyabr ayında təqdim edilmişdir.