“Georgian Drift Serİes” 2019 fİnal yarışında Fərİd Qulİyev qızıl medala layİq görülüb

 
Gürcüstanda keçirilən "Georgian Drift Series 2019" final yarışında Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə iştirak edən pilotlardan biri Fərid Quliyev qızıl medal qazanıb. O, birinci yeri həvəskar kateqoriyasında əldə edib. 
Son zamanlar Azərbaycan Avtomobil Federasiyası tərəfindən təşkil olunan drift təlimləri, yarışlar və drfit şoular, eləcə də pilotlarımızın xarici ölkələrdə yarışlara iştirak etməsinə göstərilən dəstək nəticəsində ölkəmizdə drift idman növü inkişaf sürətlə etməyə başlamışdır."