“Mersedes”İn hegemonluğu Avstrİyada qırıldı

“Mersedes”in hegemonluğu Avstriyada qırıldı

Avstriya “Qran-pri”si gözləniləndən də maraqlı keçdi. Hətta asfaltdakı 50 dərəcəlik hərarət də şinlərin vəziyyətinə təsir etmədi. Təsnifat mərhələsində “Ferrari” pilotu Şarl Lekler ən yaxşı nəticəylə yadda qalsa da, həlledici mərhələni “Red Bull” pilotu Maks Ferstappen qazandı. Beləliklə də, bu mövsüm ilk dəfə “Mersedes” pilotları finiş xəttini birinci keçmədi. Əslində, Lyuis Hamiltonun cəzalanaraq 3 pillə geriyə düşməsi də müəyyən mənada nəticəyə təsirini göstərdi. Nə, o, nə də “Ferrari” pilotu Sebastyan Fettel sonda fəxri kürsüyə yüksələ bilmədi.

Yarış