D’Ambrosİo Mərakeşdə bİrİncİ oldu
Xəbərlər/2019-01-14 09:12:49
Elektrik seriyalı avtomobillərin mübarizə apardığı Formula E çempionatında 2-ci mərhələ arxada qalıb. Mərakeşdə təşkil olunan yarışda qələbəni MAHINDRA RACING komandasının üzvü Jerom D’Ambrosio aktivinə yazıb. Pilot təyin olunan məsafəni 46 dəqiqə, 45.884 saniyəyə qət edib.
Lakin qələbənin əldə olunmasında D’Ambrosioya bəxt amili də kömək edib. Belə ki, marşrut boyu liderlik edən BMW i Andretti Motorsport kollektivnin pilotları Antonio Feliks da Kosta və Aleksander Simsin finiş xəttinə az qalmış bir – biri ilə toqquşması daha çox D’Ambrosionun işinə yarayıb və Belçikadan olan 33 yaşlı pilot finişi birinci keçməklə aktivinə növbəti qələbə xalını yazıb. Elə bu xalla da o ümumi nəticədə liderlik pilləsinə yüksəlib. Belə ki, iki mərhələdən sonra Jerom D’Ambrosionun hesabında 40 xal var və o, ən yaxın izləyicisi Antonio Feliks da Kostanı 12 xal qabaqlayır.
“Yarış həqiqətən də hədsiz dərəcədə gərgin keçdi. Açığı mübarizəni ilk beşlikdə başa vuracağıma əmin idim və qələbə qazanmaqla komandam üçün vacib olanı reallaşdırdıq. Bu qələbə ötən bir neçə həftə apardığımız gərgin işin nəticəsidir. Bu gün biz qələbədən həzz alırıq. Sabahsa yenidən işimizin başına qayıdacağıq” – deyə Jerom D’Ambrosio bildirib.
Digər nəticələrə gəlincə, Envision Virgin Racing təmsilçisi Robin Frijns qalibdən 0.143 saniyə geri qalaraq ikinci yeri tutub. Qələbəyə iddialı əsas pilotlardan sayılan Sem Byörd (+0.461 s.) isə bu dəfə üçüncü yerlə kifayətlənib.
Hazırki çempion Jan – Erik Vern Mərakeş mərhələsində finişə yalnız 5-ci gəlib.
Ümumilkdə 13 mərhələdən ibarət yarışın növbəti mərhələsi yanvarın 26-da Çilidə təşkil olunacaq.
2018-19 FİA Formula E Çempionatı – Mərakeş / FİNAL
1 |
Jerom D’Ambrosio |
MAHINDRA RACING |
46:45.884s |
(25) |
2 |
Robin Frijns |
Envision Virgin Racing |
+0.143s |
(18) |
3 |
Sem Byörd |
Envision Virgin Racing |
+0.461s |
(18) |
4 |
Aleksander Sims |
BMW i Andretti Motorsport |
+0.740s |
(12) |
5 |
Jan-Erik Vern |
DS TECHEETAH |
+1.232s |
(10) |
6 |
Andre Lotterer |
DS TECHEETAH |
+1.457s |
(8) |
7 |
Lukas di Qrassi |
Audi Sport ABT Schaeffler |
+1.633s |
(7) |
8 |
Sebastyen Buemi |
Nissan e.dams |
+2.455s |
(4) |
9 |
Miç Evans |
Panasonic Jaguar Racing |
+2.980s |
(2) |
10 |
Daniel Abt |
Audi Sport ABT Schaeffler |
+4.014s |
(1) |
11 |
Joze Maria Lopez |
GEOX DRAGON |
+4.528s |
|
12 |
Maximilian Qunter |
GEOX DRAGON |
+6.034s |
|
13 |
Edoardo Mortara |
VENTURI Formula E Team |
+6.790s |
|
14 |
Nelson Pike |
Panasonic Jaguar Racing |
+6.833s |
|
15 |
Oliver Rouland |
Nissan e.dams |
+7.529s |
|
16 |
Oliver Turvey |
NIO Formula E Team |
+9.241s |
|
17 |
Tom Dillmann |
NIO Formula E Team |
+9.665s |
|
18 |
Felipe Massa |
VENTURI Formula E Team |
+10.250s |
Sürücülərin ümumi nəticəsi
Jerom D’Ambrosio |
MAHINDRA RACING |
40 |
||
Antonio Feliks da Kosta |
BMW i Andretti Motorsport |
28 |
||
Jan-Erik Vern |
DS TECHEETAH |
28 |
||
Andre Lotterer |
DS TECHEETAH |
19 |
||
Robin Frijns |
Envision Virgin Racing |
18 |
||
Sem Byörd |
Envision Virgin Racing |
18 |
||
Miç Evans |
Panasonic Jaguar Racing |
14 |
||
Aleksander Sims |
BMW i Andretti Motorsport |
12 |
||
Sebastyen Buemi |
Nissan e.dams |
12 |
||
Lukas di Qrassi |
Audi Sport ABT Schaeffler |
9 |
||
Oliver Rouland |
Nissan e.dams |
6 |
||
Daniel Abt |
Audi Sport ABT Schaeffler |
5 |
||
Nelson Pike |
Panasonic Jaguar Racing |
1 |
||
Komandaların nəticəsi |
||||
DS TECHEETAH |
47 |
|
||
MAHINDRA RACING |
40 |
|
||
BMW i Andretti Motorsport |
40 |
|
||
Envision Virgin Racing |
36 |
|
||
Nissan e.dams |
18 |
|
||
Panasonic Jaguar Racing |
15 |
|
||
Audi Sport ABT Schaeffler |
14 |
|
||
GEOX DRAGON |
0 |
|
||
NIO Formula E Team |
0 |
|
||
VENTURI Formula E Team |
0 |
|
||
HWA RACELAB |
0 |
|
||




