“Toyota”dan İnamlı çıxış

Avtomobil aləminin ən maraqlı yarışlarından biri – “24 saat Le-Man” marafonuna yekun vurulub. Fransada təşkil olunan günlük marafonda ən yüksək nəticəni “Toyota Gazoo Racing”i təmsil edən kollektivlər göstərib. Fernando Alonso, Kazuki Nakadzima və Sebastyen Buemidən ibarət heyət 388 dövrəni 24 saat, 52.247 saniyə nəticə ilə birinci qət edərək baş mükafata sahib çıxıb. İkinci yeri isə “Toyota”nın digər komandası tutub. Mayk Konvey, Kamui Kobayasi və Xose-Mariya Lopesdən ibarət heyət qalibdən 2 dövrə az göstərici ilə (24 saat, 52.478 saniyə) yadda qalıb. “Rebellion” komandasının G. Menezes, M. Beş və T. Lourendən ibarət ekipajı isə dözümlülük yarışında üçüncü olub.  

 

24 saat Le-Man. Final nəticə

1. F. Alonso/ К. Nakadzima/ S. Buemi (Toyota)—388 dövrə (24:00:52.247)

2. M. Konvey/ K. Kobayasi/ X. Lopes (Toyota)—+2 dövrə (24:00:52.478)
3. Т. Louren/ М. Beş/ Q. Menezes (Rebellion)—+12 dövrə (24:02:32.484)
4. А. Lotterer/ N. Yani/ B. Senna (Rebellion)—+13 dövrə (24:02:32.580)

5. C. Robertson / M. Simpson / L. Roussel (Ginetta)-+ 99 dövrə (24:02:55.366)

 

 


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər