AVTOMOBİL FEDERASİYASININ TƏŞKİLATÇILIĞI İLƏ QƏBƏLƏDƏ “OFFROAD” YÜRÜŞÜ KEÇİRİLİB

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə dekabrın 19-u və 20-də “Offroad” yürüşü keçirilib.

 

25 “Offroad”  avtomobilinin iştirakı ilə iki gün ərzində keçirilən yürüş Qəbələ-Oğuz-Şəki-Zaqatala marşrutu üzrətəşkil edilib.

 

Yürüşdə məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.

 

Yürüş zamanı gənclər və idman naziri Azad Rəhimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov federasiya üzvləri və müxtəlif yarışlarda qələbələr əldə etmiş “Offroad” komandası ilə görüşüblər.

 

Qeyd edək ki, Avtomobil Federasiyasının dəstəyi iləAzərbaycan komandası müxtəlif “Offroad” yarışlarında, o cümlədən bu il Türkiyədə keçirilən “Offroad”yarışlarında iştirak edib. “Offroad” klubu bu ildünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobilçilərdən ibarət “Dünya bizimdir” adlı beynəlxalq ekspedisiyada da təmsil olunub.