“TESLA”AVTOMOBİLLƏRİNİN BAKIDA SATIŞINA BAŞLANILIB

Ekoloji təmiz avtomobillər sırasında ən yüksək göstəriciləri özündə cəmləyən “Tesla” artıq Bakıdadır. “Tesla”nı “GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış Mərkəzindən əldə etmək olar.

Xatırladaq ki, Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə fəaliyyət göstərən “GreenCar” MMC ölkə ərazisində genişmiqyaslı innovativ-ekoloji layihənin həyata keçirilməsinə başlayıb. Layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir. 

“GreenCar” MMC-nin tezliklə açılacaq elektrik nəqliyyat vasitələrinin satış Mərkəzində ekoloji təmiz avtomobillərin ilk nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür. “Port Baku Mall”da fəaliyyət göstərəcək “GreenCar” Mərkəzində ilkin olaraq “Tesla Model S”  avtomobilləri sərgilənəcək və onların satışı təşkil ediləcək.

Bu layihənin həyata keçirilməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətindəki ekoloji  təşəbbüslərə dəstək olmaqla, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır.  Mərkəzdə təqdim olunan elektrik avtomobilləri ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələri ilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək göstərir.

Bakıya gətirilən “Tesla Model S” avtomobillərinin fotosessiyasını təqdim edirik. Avtomobillərin texniki göstəriciləri və satış barədə ətraflı məlumatı Azərbaycan Avtomobil Federasiyasının saytından və “GreenCar” MMC-nin facebook səhifəsindən əldə etmək mümkündür. 

 

Heydar Aliyev Merkezi: “GreenCar”ın təqdim etdiyi “Tesla” avtomobillərinin qiyməti:
 
1. Tesla Model  S 75D
Qiyməti: 90 000 şərti vahid
 
2. Tesla Model S 100D 
Qiyməti: 138 200 şərti vahid
 
3. Tesla Model S P100D Performance
Qiyməti: 185 300 şərti vahid
 
Avtomobillərin fərqli komplektasiya və texniki göstəriciləri üzrə qiymətlərini “GreenCar” satış mərkəzindən öyrənmək olar.

 

Əlaqə:

info@greencar.az

(+994 50) 288 02 99


VİDEO
  • HİNDİSTANDAN BAŞLAYAN DOSTLUQ AVTOYÜRÜŞÜNÜN İŞTİRAKÇILARI BAKIDAN RUSİYAYA YOLA DÜŞÜBLƏR
  • Hindistandan başlayan dostluq avtoyürüşünün iştirakçıları Bakıdan Rusiyaya yola düşüblər